“Putin bizə tələ hazırlayıb” - Kaya Kallas

“Ukrayna ərazilərinin Rusiya tərəfində saxlanılması barədə Moskvanın şərti Putinin bizim üçün hazırladığı tələdir”. 

Aug 22, 2025 - 15:41
“Putin bizə tələ hazırlayıb” - Kaya Kallas

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas BBC-yə müsahibəsində deyib. 

Alyaskada Tramp-Putin sammitini şərh edən Kallas qeyd edib ki, Putin “istədiyi hər şeyi” əldə edib və bu, onun sülh danışıqları istəyini azaldır. 

“Onu belə səmimi qarşıladılar və o, sanksiyaların tətbiq edilməməsinə nail oldu”, - deyə Avropanlın baş diplomatı vurğulayıb. 

Xatirə SADİQ