"Adsız qəhrəman"ın adı bilindi - Bu vəzifədə çalışırmış + VİDEO
Bir neçə gündür, ölkə gündəminin əsas mövzusu Sumqayıt şəhərində küçə ticarətinə qarşı keçirilən reyd zamanı sahibkara edilən hərəkətlərdir.
SAVASHMEDİA.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti nümayəndəsinin qəbulolunmaz davranışını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və ciddi etirazlara səbəb olub.
Sosial şəbəkələrin və medianın "adsız qəhrəmanının" kimliyinə isə aydınlıq gəlib. Belə ki, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.
Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.
Oğuz