"Sabah" futbol klubu bu nazirin imiş - Komanda ilə bağlı MARAQLI FAKTLAR

Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 0-1 hesabı ilə qalib gələn "Sabah" klubunun çempionluğu təmin etdiyi düşünülür.

Apr 19, 2026 - 01:40
Apr 19, 2026 - 01:58
"Sabah" futbol klubu bu nazirin imiş - Komanda ilə bağlı MARAQLI FAKTLAR

Artıq indidən klubla bağlı Avropa xəyalları qurulur, "Sabah"ın Çempionlar Liqasında "Qarabağ"ın uğuirlarını təkrarlaya bilib-bilməyəcəyi müzakirə olunur.

Bu arada isə sosial şəbəkələrdə komandanın necə yaranması və  maliyyə dəstəkçisinin kimliyi ilə bağlı müzakirələr səngimir.  

SAVASHMEDİA.az-ın xəbərinə görə "Sabah" futbol klubunun yaranması iqtisadiyyat naziri Mikayıl Cabbarovun təhsil naziri olduğu 2017-ci ilə təsadüf edir. Belə ki, Mikayıl Cabbarov təhsil naziri olarkən "Sabah" qrupları layihəsini yaradıb, klubun adı da oradan gəlir. Hətta klubun ilk loqosu da "Sabah" qruplarının loqosuna bənzəyirdi. 

Abşeron rayonunun Masazır qəsəbəsini təmsil edən "Sabah"ın adı isə SAvadlı, BAcarıqlı və Hazırcavab sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb. Mikayıl Cabbarovun hazırda da kluba himayədarlıq etdiyi bildirilir.

Oğuz