Əliyar Ağayev Əvəzedicilər Liqasına göndərildi
Əvəzedicilər Liqasında 25-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz" - "Zirə" matçındakı səhv qərarları ilə müzakirə olunan Əliyar Ağayev də bu tura təyinat alıb. O, “Zirə-2” – “Sumqayıt-2” matçının referisi olacaq.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Ə.Ağayevin "Turan Tovuz" - "Zirə" görüşündə (3 aprel) ciddi səhvlərə yol verdiyini təsdiqləmişdi. FİFA referisi 2 dəfə "Turan Tovuz"un lehinə penalti təyin etməyib. O, həmin vaxtdan ölkə kubokunun və Misli Premyer Liqasının oyunlarına təyinat almayıb.