Baş nazirdən QƏRAR
Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiq edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu Texniki Reqlament Azərbaycan ərazisində qaz yanacağı ilə işləyən qurğulara və avadanlıqlara dair təhlükəsizlik tələblərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Bu Texniki Reqlament insanların həyatının və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının mühafizəsi, qurğu və avadanlıqların təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısının alınması, habelə enerji səmərəliliyi və resurs qənaətinin təmin edilməsi məqsədi ilə qurğu və avadanlıqlara dair tələbləri müəyyən edir.
Azərbaycanda qurğu və avadanlıqlara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə qurğu və avadanlıqlar onlara tətbiq olunan həmin texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.