Argentina millisi siyasəti futbola qatdı - FİFA həmin banneri araşdırır
İngiltərə ilə Dünya Çempionatının yarımfinal oyunundan sonra Argentina millisinin futbolçularının qaldırdıqları "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinanındır") banneri uzun illərdir davam edən ərazi mübahisəsini yenidən gündəmə gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, FIFA hadisəni araşdıracağını, sadəcə olaraq DÇ-2026-nın başa çatmasını gözlədiyini açıqlayıb.
Bəs mübahisə mövzusu olan adalar, əslində, kimindir?
Söhbət Cənubi Atlantik okeanında yerləşən və beynəlxalq aləmdə iki fərqli adla tanınan adalardan gedir. Argentina adaları "Islas Malvinas" (Malvin adaları) adlandırır və onları öz ərazisinin bir hissəsi hesab edir. Böyük Britaniya isə "Falkland Islands" (Folklend adaları) adından istifadə edir və 1833-cü ildən bəri adalara nəzarət etdiyini bildirir.
Mübahisənin tarixi
Ərazi mübahisəsi təxminən iki əsrdir davam edir. Argentina 1816-cı ildə müstəqillik qazandıqdan sonra Malvin adalarının ona məxsus olduğunu iddia edib. Lakin 1833-cü ildə Böyük Britaniya adalar üzərində nəzarəti ələ keçirib. Mübahisənin ən qanlı mərhələsi 1982-ci ildə baş verib. Həmin il Argentina adaları hərbi yolla geri almağa cəhd edib və nəticədə Böyük Britaniya ilə 74 gün davam edən müharibə başlayıb. Müharibə Britaniyanın qələbəsi ilə başa çatıb. Döyüşlər zamanı təxminən 650 argentinalı və 255 britaniyalı hərbçi həlak olub.
Argentina millisi cəzalanacaq?
FIFA-nın qaydalarına görə, futbol meydanlarında siyasi mesajların nümayiş etdirilməsi qadağandır. Odur ki, siasi məzmun daşıyan banner nümayiş etdirmi. Argentina futbolçuları haqqında intizam araşdırmasının açıqlacağı şübhəsizdir.
Argentinada "Malvin adaları Argentinanındır" şüarı milli mövqe hesab olunur. Amma 2013-cü ildə Folklend adalarında keçirilən referendumda səs verənlərin böyük əksəriyyəti Böyük Britaniyanın tərkibində qalmağa üstünlük vermişdi. Argentina isə bu referendumu hüquqi baxımdan tanımır.
Səlcuq