19 il əvvəl vannada çimizdirdiyi körpə Messinin finaldakı rəqibidir - Dünyanın danışdığı FOTOLAR
2007-ci ildə Lionel Messinin bir körpə ilə çəkdirdiyi fotosu bu günlərdə yenidən gündəmə gəlib.
SAVASHMEDİA.az xatırladır ki, səbəb həmin fotodakı körpənin hazırda İspaniya millisinin ulduzu Lamin Yamal olmasıdır.
Məlumat üçün buldirək ki, fotolar UNICEF və İspaniyanın "Diario Sport" qəzetinin təşkil etdiyi xeyriyyə təqvimi layihəsi çərçivəsində çəkilib.
Fotoda Messi və Yamal
Layihənin məqsədi xeyriyyə məqsədilə təqvim hazırlamaq və əldə olunan gəliri ehtiyacı olan uşaqlara xərcləmək idi.
Bölgü zamanı həmin vaxt 20 yaşı olan "Barselona"nın gənc futbolçusu Lionel Messinin püşkünə 6 aylıq Lamin Yamal düşüb. Fotolardan da göründüyü kimi Messi 6 aylıq Lamin Yamalı plastik vannada çimizdirib.
Fotoda körpə Yamal, anası və Messi
Aradan 19 il keçdikdən sonra həmin fotoların yenidən gündəmə gəlməsinin səbəbi isə Lionel Messinin Argentina, Lamin Yamalın isə İspaniya millisinin heyətində DÇ-2026-nın finalına yüksəlməsi olub. Beləliklə, bir vaxtlar vannada çimizdirdiyi Lamin Yamal finalda Lionel Messiyə qarşı oynayacaq.
Səlcuq