Bu tarixə DİQQƏT! – Nələr olacaq?

Sabah, yəni fevralın 28-də planetlərin paradı baş tutacaq.

Feb 27, 2025 - 22:20
Bu tarixə DİQQƏT! – Nələr olacaq?

Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək.Bu önəmli astronomik hadisə bürclərə də təsirsiz ötüşməyəcək.

SAVASHMEDİA.az ilin ikinci planetlərin paradının bürclərə necə təsir edəcəyini oxucularının diqqətinə çatdırır:

QOÇ

Karyeranızla bağlı gözlənilməz irəliləyişlər ola bilər. Vacib qərarlar verməzdən əvvəl daxili səsinizi dinləyin.

BUĞA

Maliyyə məsələləri gündəmdədir. İnvestisiya imkanlarını diqqətlə qiymətləndirin, lakin risk etməzdən əvvəl diqqətlə düşünün.

ƏKİZLƏR

İfadə gücünüz artır. Yeni layihələrdə iştirak edə, təsirli çıxışlar edə bilərsiniz.

XƏRÇƏNG

Ailə ilə bağlı məsələlər ön plana çıxır. Keçmişlə üz-üzə gəlmək üçün əlverişli zamandır.

ŞİR

Sosial həyatınız aktivləşir. Yeni insanlarla tanış olmaq və dəvətlərdə iştirak etmək sizin üçün yaxşı ola bilər.

QIZ

İş həyatınızda detallara diqqət yetirməli olduğunuz bir mərhələdəsiniz. Planlı olmaq sizi uğura aparacaq.

TƏRƏZİ

Eşq həyatınız aktivləşir. Yeni biri ilə tanış ola bilərsiniz və ya mövcud münasibətinizin dərinləşdiyini hiss edə bilərsiniz.

ƏQRƏB

İntuisiyanız çox güclüdür. Əgər instinktlərinizə əməl etsəniz, maddi və ya emosional olaraq düzgün qərarlar verə bilərsiniz.

OXATAN

Yaradıcılığın zirvəsindəsiniz. Məşğul olduğunuz sahədə parlayacaqsınız. 


OĞLAQ

Gərgin bir iş dövrü başlayır, ancaq nizam-intizamınız sayəsində hər şeyin öhdəsindən gələ bilərsiniz.

DOLÇA

Fikirlərinizi bölüşməkdən çəkinməyin. Çıxışlarınız ətrafınızdakılara təsir edəcək.

BALIQLAR

Enerjiniz yüksəkdir. Ona görə də həyatınızla bağlı böyük qərarlar verməkdən qorxmayın.Bu müddətdə intuisiyaya qulaq asmaq, daxili tarazlığı qorumaq və səmanın təklif etdiyi enerjilərdən düzgün istifadə etmək çox vacibdir.


Banu