Əli Xameneinin dəfn olunduğu kompleks yandı - VİDEO

İranın Məşhəd şəhərində yerləşən və ölkənin keçmiş ali dini lideri Əli Xameneinin dəfn olunduğu İmam Rza memorial kompleksinin ərazisində yanğın baş verib.

Jul 16, 2026 - 18:22
Əli Xameneinin dəfn olunduğu kompleks yandı - VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, artıq nəzarət alıtına alınmış yanğının səbəbləri araşdırılır.

İran rəsmilərinin məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Həmçinin Əli Xameneinin dəfn olunduğu məqbərəyə ziyan dəymədiyi bildirilib.

Sosial şəbəkələrdə hadisə ilə bağlı müxtəlif iddialar yayılsa da, hazırda yanğının qəsd və ya partlayış nəticəsində baş verdiyini təsdiqləyən rəsmi məlumat yoxdur. 

Oğuz