Evinin sökülməsinə etiraz edən qadının VİDEOSU - "Dayanmasanız, özümü..."
Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
SAVASHMEDİA.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib.
Belə ki, Ülkər Abbasovanın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib. O qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq.
Bildirilir ki, intihara cəhd edən şəxs tikinti işləri aparan “Gold məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.
Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.
“Gold məkan” MTK-dan bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayəhaqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb: “Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib. Hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub”.