4 sinif yoldaşı qəzaya düşdü - 2-si öldü
Göygöl rayonunda iki nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasında xəsarət alan şəxslərin adları bilinib.
Bunlar 2008 ci il təvəllüdlü Göygöl rayonunun Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanovdur.
Qəza zamanı daha iki nəfər vəfat edib. Ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Ölən və yaralananların vaxtilə bir sinifdə oxuduqları bildirilir.
Hadisənin "Mercedes" markalı avtomobilin maneyə çırpılıb aşması nəticəsində baş verdiyi ehtimal olunur. (teleqraf)