"Loqoya Kəramət Böyükçülü qoymalı idik?" - "İmişli" klubundan anlaşılmaz AÇIQLAMA 

"İmişli" Futbol Klubunun yeni loqosundakı pələng simvolu birmənalı qarşılanmayıb. Belə ki, bəzi azarkeşlər "İmişlidə pələng var ki, klubun simvolu pələngdir?" sualını veriblər.

Jul 17, 2026 - 00:17
"Loqoya Kəramət Böyükçülü qoymalı idik?" - "İmişli" klubundan anlaşılmaz AÇIQLAMA 

SAVASHMEDİA.az xəbər verir ki, adıçəkilən klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu müzakirələrə ironik tərzdə qoşulub.

"Bu gün bizə ən çox verilən sual budur: "İmişlidə pələng var ki, klubun simvolu pələngdir?" Əziz dostlar, bəyəm "Fənərbağça" bölgəsi quşu ilə tanınır ki, klubun simvolu quşdur? Yaxud "Qalatasaray" şiri ilə tanınır? İndi biz nə etməli idik? Kəramət Böyükçölü loqoya yerləşdirməli idik?" - o bildirib.

Qeyd edək ki, klubdan yeni loqonun anlamı ilə bağlı aşağıdakı açıqlama verilib:
  
"Loqodakı pələng güc və iradə, qalxan müdafiə və birlik anlamına gəlir. Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir".

Oğuz