Prezident bu yolun təmirinə 2 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmirinə dair sərəncam imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, sərəncama əsasən, uzunluğu 8 kilometr olan və 3 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması üçün 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə göstərilmiş məbləğdən ilkin olaraq 2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək. Layihənin davam etdirilməsi üçün zəruri vəsait isə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulacaq.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.