İş üçün Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Putin qaydaları dəyişir + BELƏ OLACAQ

Son dövrlər Rusiya Federasiyasının miqrasiya siyasətində köklü dəyişikliklər və daha sərt nəzarət mexanizmləri tətbiq olunur. 

Sep 10, 2026 - 11:37
İş üçün Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Putin qaydaları dəyişir + BELƏ OLACAQ

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya dövləti ölkəyə miqrantların özbaşına gəlməsinin qarşısını almaq, xarici işçiləri isə yalnız əvvəlcədən planlaşdırılmış qaydada qəbul etmək istəyir.

Rusiya Prezidenti Vladimir Putin miqarantlarla bağlı bu planı dəstəkləyir.

O, Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib ki, əcnəbilərin planlı şəkildə işə götürülməsi ilk növbədə yerli vətəndaşların maraqlarını qoruyur. Dövlət başçısının sözlərinə görə, bu addım miqrasiyadakı xaosun qarşısını kəsəcək və prosesi tam nəzarət altına alacaq.

Bəs mütəşəkkil işəgötürmə mexanizmi nədir?

Əvvəllər xarici vətəndaşlar Rusiyaya daxil olduqdan sonra iş axtarmağa və hüquqi rəsmiləşdirmə prosedurlarından keçməyə başlayırdılarsa, yeni konsept tamamilə fərqli işləyir:

Öncədən seçim və hazırlıq: İşçilər öz ölkələrini tərk etməzdən əvvəl peşə ixtisası, rus dili biliyi və hüquqi mənşə baxımından ciddi yoxlanışdan keçirlər.

İşəgötürənin öhdəliyi: Əcnəbi mütəxəssis ölkəyə konkret müqavilə və müəyyən olunmuş iş yeri ilə gəlir.

Təhlükəsizlik və nəzarət: Bu sistem qanunsuz məşğulluğun və kölgə iqtisadiyyatının payını minimuma endirir.

Hazırkı miqrasiya siyasətinin əsas hədəfi yerli əhalinin təhlükəsizliyini, rahatlığını və iş imkanlarını qorumaqdır. Nəzarətli sistem ucuz xarici işçi qüvvəsinin bazarı tutmasının və yerli kadrları işsiz qoymasının qarşısını alacaq.

Səlcuq