"Putin razıdır, kaş Zelenski də razılaşaydı" - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiya lideri Vladimir Putinlə tezliklə yenidən ikitərəfli görüş keçirəcəyini istisna etməyib.
"Bu baş verə bilər. Putinlə gözəl söhbətimiz oldu. O, razılaşmaq istəyir və Zelenski razılaşmaq istəsəydi, çox yaxşı olardı”, - ABŞ prezidenti rusiyalı həmkarı ilə telefon danışığını şərh edərkən deyib.
Səlcuq