Şəkidə 2 nəfərin öldüyü obyekt bu MƏŞHUR ŞƏXSİN imiş - FOTO
Xəbər verildiyi kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində faciə baş verib.
Rayonda yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər dünyasını dəyişib.
Onlar Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov, digəri isə onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramovdur.
SAVASHMEDİA.az mia.az-a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Fotoda Məhərrəm Novruzov