“iPhone 18”-in qiyməti və satışa çıxacağı tarix AÇIQLANDI
ABŞ texnologiya nəhəngi “Apple” ənənəvi payız təqdimatında səbirsizliklə gözlənilən “iPhone 18” seriyasını rəsmən nümayiş etdirib.
SAVASHMEDİA.az xəbər verir ki, yeni smartfonlar güclü texniki göstəriciləri və süni intellekt imkanları ilə diqqət çəkir.
Yeni flaqmanlar 2 nanometrlik yeni A20 Pro çipseti, daha təkmilləşdirilmiş Dynamic Island interfeysi və peşəkar çəkiliş imkanları təqdim edən dəyişən diafraqmalı (variable aperture) 48 MP-lik kamera sistemi ilə təchiz olunub.
Qiymətlər və Satış BaşlanğıcıYeni modellərin başlanğıc yaddaş həcmi 256 GB olaraq müəyyən edilib və rəsmi satış qiymətləri açıqlanıb:
iPhone 18 Pro (256 GB): $1,199
iPhone 18 Pro Max (256 GB): $1,299
Sentyabrın ortalarından etibarən ön sifarişlərinə başlanılacaq yeni flaqmanların tezliklə Azərbaycan bazarında da satışa çıxarılması gözlənilir.
Aytən