Zelenski ölümdən döndü, lap az qalmışdı... - Təyyarəsinə HÜCUM
Ukrayna Prezidenti Volodimir Zelenski xarici səfəri zamanı faciənin bir addımlığından dönüb.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna prezidentinin göyərtəsində olduğu təyyarə Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının (PUA) hədəfinə çevrilib.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin NRK telekanalına müsahibəsində bildirib. Störe Ukrayna liderinin Osloya reallaşan səfəri zamanı baş verənləri belə açıqlayıb:
“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı ilə vurulacaqdı. Bu, onun hər gün üzləşdiyi sərt reallıqdır”, - Yonas Qar Störe vurğulayıb.
Məlumata görə, insident Ukraynaya hücum edən Rusiyaya məxsus kamikadze dronlarının regionun hava məkanını pozması fonunda yaşanıb.
Təhlükəyə baxmayaraq, təyyarə marşrutunu təhlükəsiz şəkildə başa vuraraq Osloda eniş edib.
Səlcuq