"Fənərbağça" futbolçusunu Rusiya klubuna icarəyə verib
Türkiyənin "Fənərbağça" klubu müdafiəçisi Rodriqo Bekanı Rusiyanın "Rodina" komandasına icarəyə verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər olacaq.
Qeyd edək ki, Rodriqo Bekan son olaraq icarə əsasında "Kasımpaşa"da çıxış edib.