"Qalatasaray" bu qapıçıya görə "Mançester Siti"yə elçi düşdü 

Türkiyənin "Qalatasaray" klubu braziliyalı qapıçı Edersonu heyətinə qatmaq üçün İngiltərə təmsilçisi "Mançester Siti"yə rəsmi təklif göndərib.

Aug 16, 2025 - 14:01
"Qalatasaray" bu qapıçıya görə "Mançester Siti"yə elçi düşdü 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sarı-qırmızılar" 31 yaşlı qolkiper üçün 10 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, təcrübəli oyunçu 2017-ci ildən "şəhərlilər"in formasını geyinir.