Qurban Qurbanov onu milliyə baş məşqçi gətirmək istəyir - Gizli danışıqlar
Fernandu Santuşun istefaya göndərilməsindən sonra Azərbaycan millisinin sükanı Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasova tapşırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, yeni baş məşqçi təyin olunana qədər müvəqqəti təyinatdır və yaxın zaman üçün yeni baş məşqçinin adı bəlli olmalıdır.
Hazırda millinin baş məşçiliyi postuna namizəd kimi daha çox Qurban Qurbanov, Rəşad Sadıqov, Azər Bağırov, Ayxan Abbasov və Mahmud Qurbanovun adları hallandırılır.
Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov bu posta iddialı deyil. O, indi bütün diqqətini yalnız "Qarabağ"ın gələcək uğurlarına yönəltdiyini deyib. Amma onun dəstəklədiyi namizəd var.
Məlumata görə, "Qarabağ"ın baş məşqçisi millinin başına "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun gətirilməsinə çalışır. Onun bu məqsədlə AFFA-nın bir çox vəzifəli şəxsləri ilə təmaslara keçdiyi də bildirilir.
Rəşad Sadıqov 2000–2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001-ci ildən 2008-ci ilə qədər qısa fasilələrlər "Neftçi Bakı", 2009–2010-cu illərdə "Qarabağ", 2002–2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005–2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008–2009-cu illərdə "Kocaelispor", 2010–2011-ci illərdə "Əskişəhərspor", 2011–2020-ci illərdə Qarabağ klublarının heyətində futbolçu kimi çıxış edib.
Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001–2017-ci illərdə Azərbaycan milli futbol komandasında çıxış edib. Milli komandada 111 oyun keçirib və 5 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur.
Bir müddət basketbolla məşğul olub.
Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub. Əslən Kəlbəcər rayonundandır.
Oğuz