Sabah Bakının iki rayonunda su olmayacaq

Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.

Sep 8, 2025 - 23:15
Sabah Bakının iki rayonunda su olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilir ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr, saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.