Tbilisidə ara qarışdı - DİN xəbərdarlıq etdi 

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiya iştirakçılarına xəbərdarlıq edib.

Sep 8, 2025 - 22:19
Tbilisidə ara qarışdı - DİN xəbərdarlıq etdi 

SAVASHMEDİA.az xəbər verir ki, nazirlik Tbilisinin Melikişvili prospektində keçirilən aksiyanın iştirakçılarını polisin qanuni göstərişlərinə əməl etməyə çağırıb.

Qurumun açıqlamasında qeyd olunur ki, vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yol verilməməlidir, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş tədbirlər görəcək.

Nazirlik bildirib ki, vətəndaşlar arasında qarşıdurma başlayandan dərhal sonra polis vəziyyəti nəzarətə götürüb və münaqişənin böyüməsinin qarşısını alıb. Lakin bəzi şəxslərin hələ də ictimai asayişi pozmağa davam etdiyi vurğulanır.

Xatırladaq ki, Tbilisidə paytaxt meri Kaxa Kaladzenin qərargahının önündə hakim "Gürcü Arzusu" və müxalif partiya üzvləri arasında qarşıdurma yaşanır.

Aytən