Netanyahu Qəzza sakinlərinə səsləndi - "Oranı tərk edin" 

İsrailin baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələrinin qərargahında  HƏMAS-a qarşı böyük quru əməliyyatı keçirəcəyini açıqlayıb.

Sep 8, 2025 - 22:02
Netanyahu Qəzza sakinlərinə səsləndi - "Oranı tərk edin" 

SAVASHMEDİA.az xəbər verir ki, İsrailin baş naziri qəzzalıları ərazini tərk etməyə çağırıb:

"Səhərdən etibarən qatilləri təqib edərək mühasirəyə salacağıq. Onlara kömək edənlərin hamısını sərt şəkildə cəzalandıracağıq. İki gün ərzində terrorçuların 50 çoxmərtəbəli binası dağıdılıb, bu, Qəzzadakı quru əməliyyatının yalnız başlanğıcıdır. Sakinlərə səslənirəm: sizə xəbərdarlıq edilib, təcili olaraq oradan çıxın".

Oğuz