Aziz Yıldırım "Fənərbağça"nın prezidenti seçildi - RƏSMİ

“Fənərbağça” klubunda növbədənkənar prezident seçkiləri keçirilib.

Jun 8, 2026 - 00:58
Aziz Yıldırım "Fənərbağça"nın prezidenti seçildi - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri klubun sabiq prezidenti Aziz Yıldırım seçilib.

O, digər namizəd Hakan Safini mübarizədə üstələyib. A. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbağça”nın prezidenti seçilib. O, növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.

Xatırladaq ki, A. Yıldırım daha əvvəl 20 il - 1998-2018-ci illərdə “Fənərbağça”nın prezidenti olub. O, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu. Beləliklə, 73 yaşlı funksioner 8 illik fasilədən sonra yenidən "Fənərbağça"ya rəhbərlik edəcək.

Aytən