DÇ-2026-nın "əsas tamaşaçı"sı 50 min dollar alacaq - QƏRİBƏ VAKANSİYA

DÇ-2026 ilə bağlı qeyri-adi iş elan olunub.

May 6, 2026 - 23:28
DÇ-2026-nın "əsas tamaşaçı"sı 50 min dollar alacaq - QƏRİBƏ VAKANSİYA

SAVASHMEDİA.az xəbər verir ki, “Fox” və “Indeed” platforması “Dünya çempionatının əsas tamaşaçısı” vəzifəsi üçün namizəd axtarır. Seçilən şəxsə 50 min dollar maaş veriləcək.

Namizəd turnirdəki bütün 104 oyunu izləməli, kontent hazırlamalı və “Times Square”dəki tədbirlərdə iştirak etməlidir. Qrup mərhələsinin son turunda isə oyunlar eyni vaxtda keçiriləcəyindən bir neçə matçı paralel izləmək tələb olunacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.