"Bavariya" - PSJ matçı niyə yayımlanmadı? - Telekanaldan AÇIQLAMA

İctimai Televiziya (İTV) Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Bavariya" - PSJ matçının yayımlanmaması ilə bağlı məlumat yayıb.

May 7, 2026 - 00:09
"Bavariya" - PSJ matçı niyə yayımlanmadı? - Telekanaldan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, telekanalın yaydığı açıqlamada bildirilir: 

"Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır".

Qeyd edək ki, qarşılaşmanın "CBC Sport" tərəfindən yayımlanması gözlənilsə də, bu, siqnal qəbulunda yaşanan problem səbəbilə baş tutmayıb.