Dünya çempionu olan braziliyalı futbolçu vəfat etdi - FOTO

“Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.

Apr 27, 2025 - 17:55
Dünya çempionu olan braziliyalı futbolçu vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib.

Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub.

Jair karyerasını 1976-cı ildə başa vurub və o vaxtdan bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, sakit ailə həyatına üstünlük verib.


Fotoda Jair Da Kosta