Qurbanov onun gedişinə icazə vermədi - Nəriman qalası oldu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandadan getməsinə icazə verməyib.
SAVASHMEDİA.az xəbər verir ki, gənc futbolçu qış transfer pəncərəsində klubdan ayrılmayacaq.
Onun məsələsinə yayda baxılacaq.
Qeyd edək ki, N. Axundzadəyə xaricdən bir neçə təklif var. O, cari mövsüm 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.(Sportlife.az)