Sarkozi şərti azadlığa buraxıldı
Fransanın sabiq prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasında həddindən artıq xərclərlə bağlı açılan iş üzrə cəzasının bir hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə qərarı Paris Apelyasiya Məhkəməsi verib.
Məhkəmə Sarkozinin daha yüngül cəza ilə bağlı müraciətini təmin edib. Qərara əsasən, o, cəzasını çəkdiyi müddətdə taxmalı olduğu elektron nəzarət qolbağından artıq istifadə etməyəcək.
Qeyd edək ki, bu iş mediada Sarkozinin 2012-ci il seçki kampaniyasını idarə edən PR agentliyinin adı ilə “Bygmalion işi” kimi tanınır. İstintaq materiallarına görə, sabiq prezidentin kampaniyası qanunla müəyyən edilən maliyyə limitini iki dəfə aşaraq 42,8 milyon avro vəsait xərcləyib. Sarkozi 2016-cı il fevralın 16-da bu qaydaları qəsdən pozmaqda ittiham olunub.
2024-cü ilin fevralında isə Paris Apelyasiya Məhkəməsi onu seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində təqsirli bilərək bir il həbs cəzasına məhkum edib. Bu cəzanın altı ayı icra olunub, digər altı ayı isə şərti hesab edilib.
Aytən