Anasından sonra atası da İMTİNA ETDİ - "Qəbiristanlıq cocuğu" ilə bağlı AÇIQLAMA
Abşeron rayonunda qəbristanlıqda tapılan 2 yaşlı uşaq artıq həkim müayinələrindən keçib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, aparılan ilkin müayinələrdə uşaqda ciddi patologiya aşkar edilməyib:
"Uşağın sığınacaqda və ya uşaq evində qalması ilə bağlı qərarı isə Sosial Xidmətlər Agentliyi qərar verəcək. Hazırda yanımızda, sığınacaqdadır. Sosial Xidmətlər Agentliyi vəziyyətə uyğun qərar qəbul edəcək”.
K.Ağazadə qeyd edib ki, anasının ardınca bioloji atası da uşaqdan imtina edib:
“Ana dünən, mayın 5-də rəsmi şəkildə, notarial qaydada uşağından imtina edib və artıq uşaq dövlətin tam nəzarətinə keçib. Azyaşlının bioloji atası məlumdur, lakin o, uşağın həyatında iştirak etmir və ona yaxın durmayıb. Valideynlər arasında çətin və münaqişəli ailə vəziyyəti olub, ana isə uşağı 17 yaşında dünyaya gətirib. Ailədaxili problemlərin detalları mənə tam məlum deyil, amma uşağa qarşı məsuliyyəti ata da yerinə yetirməyib. Doğum haqqında şəhadətnaməsində də tək ana qeyd olunub”.
Qeyd edək ki, mayın 5-də Abşeronda, Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığında 2 yaşlı oğlan uşağı tapılıb.
Oğuz