Trampdan İrana çağırış: atəşi dayandırın - "Netanyahuya da zəng edəcəyəm"
ABŞ prezidenti Donald Tramp İranı raket hücumlarına son qoymağa və danışıqlara qayıtmağa çağırıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, Tramp bu fikirləri “Fox News” kanalına verdiyi müsahibədə səsləndirib.
O, İran rəhbərliyinə müraciət edərək mövcud gərginliyi daha da dərinləşdirməməyə çağırıb.
“İrana mesajım budur: raket atəşlərini dayandırın, artıq kifayətdir. Yenidən danışıqlar prosesinə qayıdın və razılığa gəlin”, – ABŞ lideri bildirib.
Tramp İsrailin Beyruta həyata keçirdiyi zərbələrin Vaşinqtonla razılaşdırılmadığını və bunun ABŞ administrasiyasında narazılıq yaratdığını də deyib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi yaradacaq: "Ondan İrana qarşı yeni hücumları dayandırılmasını tələb edəcəyəm".
Oğuz