Lukaşenko Putinə məktub yazdı - "Biz buna hazırıq"
Belarus rəsmi şəkildə BRİKS-in tərəfdaşı olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Belarusun BRİKS-ə inteqrasiyası bir neçə ay əvvəl başlayıb.
Noyabrın 5-də ölkə prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə məktub yazaraq Minskin rəsmi tərəfdaş olmağa hazır olduğunu vurğulayıb.
Noyabrın 11-də Belarusun bu istəyinin reallaşdığı məlum olub. Bundan sonra Belarus sammitlərdə iştirak edə, onlara nazirləri dəvət edə, həmçinin birliyin yekun sənədlərinə qoşula biləcək.
Qeyd edək ki, Belarus 2023-cü il iyunun 23-də BRİKS-ə üzv olmaq üçün ərizə verib
Xatirə SADİQ