Paşinyan gecə saat 2-yə mətbuat konfransı TƏYİN ETDİ - Nə baş verir?
Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra mətbuat konfransı keçirəcək.
SAVASHMEDİA.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahından verilən məlumata görə, brifinq gecə saat 02:00-da başlayacaq.
Erməni mediasının yazdığına görə, Paşinyan çıxışında seçkilərin ilkin nəticələrinə qiymət verəcəyi, səsvermə prosesinə münasibət bildirəcəyi və hakim komandanın növbəti addımları ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.
Qeyd edək ki, seçkilərdən sonra yayılan ilk məlumatlar hakim partiyanın üstünlüyünü qoruduğunu göstərir. Bununla yanaşı, müxalif qüvvələr də səsvermənin nəticələri ilə bağlı öz qiymətləndirmələrini açıqlamağa başlayıblar.
Gecə keçiriləcək mətbuat konfransının Ermənistanın siyasi gündəminə dair mühüm mesajlarla yadda qalacağı istisna edilmir.
Oğuz