Paşinyan qələbəsindən dərhal sonra Azərbaycan xalqına ÇAĞIRIŞ ETDİ 

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Azərbaycan xalqına və Türkiyə ictimaiyyətinə mesaj ünvanlayıb.

Jun 8, 2026 - 11:51
Paşinyan qələbəsindən dərhal sonra Azərbaycan xalqına ÇAĞIRIŞ ETDİ 

SAVASHMEDİA.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Paşinyan Ermənistanın sülh və regional əməkdaşlıq kursunun dəyişmədiyini bildirib.

“Ermənistan xalqı sülhün, regional rifahın və əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu, həm Azərbaycan, həm də Türkiyə tərəfindən müsbət qarşılanacaq”, - deyə o vurğulayıb.

Baş nazir qeyd edib ki, İrəvanın əsas məqsədlərindən biri Azərbaycanla sülh prosesini yekunlaşdırmaqdır. Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin mətnini razılaşdırıblar və növbəti addım sənədin imzalanması olmalıdır.

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunaraq iki ölkə arasında sərhədlərin açılmasının və diplomatik münasibətlərin qurulmasının vacibliyini qeyd edib.

Oğuz