Koxalski "Qarabağ"dan Şahruddinə görə gedib? - Özündən AÇIQLAMA

“Qarabağ”dan Polşanın “Veçista” (Krakov) klubuna keçidi gözlənilən Mateuş Koxalski teleqraf-a müsahibə verib.

Sep 7, 2026 - 01:19
Koxalski "Qarabağ"dan Şahruddinə görə gedib? - Özündən AÇIQLAMA

SAVASHMEDİA.az 2024-cü ildən Ağdam təmsilçisinin heyətində çıxış edən 26 yaşlı qolkiperin müsahibəsindən çıxarışı təqdim edir.

O, ayrılıq qərarına necə gəldiyindən danışıb:

"İndi oynamaq istəyən 3 qapıçı var: mən, Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Yalnız çempionat və Azərbaycan Kuboku üçün 3 qapıçıya o qədər də yer yoxdur. Ona görə də əvvəl dediyim kimi, getmək üçün doğru vaxtdır".

Koxalski "Qarabağ"da keçirdiyi illərin xoş olduğunu əlavə edib:

"Bu möhtəşəm bir təcrübə idi! Şəhərə çıxanda hər 5 dəqiqədən bir kimisə yaxınlaşıb foto çəkdirir və ya nəsə deyirdi. Bu, mənim üçün çox xoş idi. Həmişə ayaq saxlayıb şəkil çəkdirirdim, çünki hamımız eyni insanlarıq".

Oğuz