“Futbolçularımız başqa sahələrdə işləyib dolanırlar” - 40 min əhalisi olan Lixtenşteynin baş məşqçisi
Futbol üzrə yığma komandamız bu gün UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn millisi ilə qarşılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun 0:0 hesabı ilə yekunlaşıb.
Lixtenşteynin baş məşqçisi Konrad Fünfştük matçdan sonra mətbuat konfransı keçirib. O, ilk dəfə Azərbaycanda olduğunu deyib və matçdan sonrakı sevinclərinə aydınlıq gətirib:
“40 min nəfər əhalisi olan ölkəyik. Bizi oyundan öncə favorit saymırdılar. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Buna görə də, əldə etdiyimiz nəticə bizi çox sevindirdi”.
Alman mütəxəssis bildirib ki, Lixtenşteyn yığmasının futbolçuları həm də başqa sahələrdə işləyirlər:
“Yığmamız peşəkar deyil. Ancaq futboldan gələn maaşla dolanan futbolçularımız azdır. Onlar həm də başqa sahələrdə işləyərək maaş alırlar”.
Banu