"Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" - İlham Əliyev 

“Heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik”.

Oct 2, 2026 - 11:58
"Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" - İlham Əliyev 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri  Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

“Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik, amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”, - Prezident, vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib.

“Çünki enerji təhlükəsizliyi - hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bu, bizim rolumuz daha da artacaq”, - İlham Əliyev əlavə edib.