Rusiya azərbaycanlı teatr direktorunu azadlığa buraxdı
Moskvada avqustun sonlarında həbs olunmuş Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev ev dustaqlığına buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
İstintaqa yaxın mənbə bildirib ki, Taqanski Məhkəməsi ötən gün Ağayevin ev dustaqlığına buraxılması ilə bağlı istintaqın vəsatətini təmin edib.
O, “Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıxın Bakıdakı istintaq təcridxanasından ev dustaqlığına keçirilməsi müqabilində buraxılıb.
Naxçıvanda anadan olan Ağayev 1992–2021-ci illərdə teatrın direktoru vəzifəsində çalışıb.
Avqustun sonunda o, Moskvada külli miqdarda dələduzluq ittihamı ilə (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) həbs edilib. Rusiya DİN-nin versiyasına görə, Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçərək saxta müəlliflik müqavilələri əsasında teatra pyes ssenarilərini satıb. Dəymiş ziyanın 20 milyon rubldan çox təşkil etdiyi iddia olunub.
Xatırladaq ki, bundan öncə Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.
Xatirə SADİQ