Nobel Sülh Mükafatı Trampa yox, bu xanıma verildi - FOTO
Venesuelanın müxalif siyasətçisi Mariya Korina Maçado 2025-ci il üzrə Nobel Sülh Mükafatına layiq görülüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumat Nobel Komitəsinin saytında yerləşdirilib.
Nobel Komitəsindən bildirilib ki, mükafat ona “Venesuelada demokratiyanı təşviq etmək səylərinə görə” verilib.
“Lakin demokratiya beynəlxalq miqyasda da geri çəkilmək vəziyyətindədir. Öz fikrini azad şəkildə ifadə etmək, səs vermək və seçkili orqanlarda təmsil olunmaq hüququ kimi başa düşülən demokratiya həm millətlər daxilində, həm də xalqlar arasında sülhün əsasını təşkil edir”, - deyə bəyanatda deyilir.
Bu il Nobel Sülh Mükafatına 338 namizəd irəli sürülüb, onlardan 244-ü fiziki şəxs, 94-ü isə təşkilat olub.
Bu mükafat Norveç Parlamenti tərəfindən seçilən beş nəfərlik komitə olan Norveç Nobel Komitəsi tərəfindən verilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da Nobel Sülh Mükafatına namizəd idi.
Xatirə SADİQ
Mariya Korina Maçado