AYNA-dan Ədalət Şükürovun “çağırsınlar, başa salım” açıqlamasına cavab – “Gəlsin”
Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və AYNA-nın fəaliyyətindən narazı olduğunu bildirib.
SAVASHMEDİA.az xatırladır ki, zolaqlara görə yaranan tıxaclardan gileylənən Ə.Şükürov AYNA-ya müraciət edərək “bacarmırlarsa, çağırsınlar mən başa salım” cümləsini işlətmişdi.
Qurumdan isə baku.ws-ə Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşdıqlarını və onun təkliflərini dinləməyə hazır olduqlarını deyiblər.
"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik. Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik", - deyə qurumdan bildirilib.
Oğuz