Kamaləddin Heydərov ona vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib.

Jul 18, 2025 - 14:42
Kamaləddin Heydərov ona vəzifə verdi

SAVASHMEDİA.az "qaynarinfo"ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib.