Öcalan həbsxanadan MHP-yə hədiyyə göndərdi - Böyük qalmaqal + FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hüquq və Seçki işlərindən məsul sədr müavini Feti Yıldızın paylaşımı qalmaqala səbəb olub.

Jul 18, 2025 - 14:24
Öcalan həbsxanadan MHP-yə hədiyyə göndərdi - Böyük qalmaqal + FOTO

SAVASHMEDİA.az xəbər verir ki,  F.Yıldız “X” sosial media hesabında öz şəklini paylaşaraq “Vicdan ən böyük tərəzidir, o, heç vaxt yanlış çəkməz” qeydini yazıb.

Fotoda izləyicilərin diqqətini iş masasının üstündəki Abdullah Öcalana aid “Demokratik Qurtuluş və Azad Həyat İnşası (İmralı qeydləri)” adlı kitab cəlb edib. Milliyyətçi partiyanın əsas adamlarından birinin masasının üstündə A.Öcalanın kitabının olması etirazlarla qarşılanıb.

Məsələ ilə bağlı “Diken” nəşrinə açıqlama verən DEM partiyasından olan mənbələr bildiriblər ki, sözügedən kitabı MHP rəsmisinə partiya heyəti verməyib: 

“Kitab satışda var, yəqin, özləri alıblar”.

Türkiyə mətbuatının yazdığına görə A.Öcalanın “Çözüm süreci”ndə İmralıdakı görüşmələrdən bəhs edən kitabı 2016-cı ildə qadağan olunaraq satışdan yığışdırılıb.

Xatırladaq ki, MHP sədri Dövlət Bağçalı bir neçə gün öncə DEM partiyasının heyəti ilə görüşüb.

Banu