Hörmüz boğazından keçən neftin hər barelinə görə bu qədər pul alınacaq - MƏBLƏĞ
İranla ABŞ arasında əldə olunan atəşkəs razılaşmasından sonra ilk gəmi Hörmüz boğazından keçib.
SAVASHMEDİA.az xəbər verir ki, İran Hörmüz boğazından keçəcək gəmilər üçün yeni şərt irəli sürüb.
Şərtə görə, boğaz vasitəsilə keçiriləcək hər 1 barel üçün İrana 1 dollar dəyərində tranzit haqqı ödəniləcək. Tranzit haqqının isə dollarla deyil, kriptovalyuta və ya Çin yuanı ilə ödənilməsi tələb olunur.
İranın bu şərti dolların dominant olduğu beynəlxalq ödəniş sistemlərindən yayınmaq və sanksiyaların təsirlərini azaltmaq məqsədi güdür.
“Financial Times”ın məlumatına görə, dünyada neft ticarətinin təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Ödənişin yuan və kriptovalyuta ilə edilməsi nəticəsində SWIFT beynəlxalq bank sisteminə bağlı dollar köçürmələrinə alternativ yaradılır.
Bu sistem çərçivəsində çox böyük tankerlər üçün ödənişlər milyonlarla dollara çata bilər.
İran Hörmüz boğazı vasitəsilə yığılacaq bütün tranzit haqlarını yenidənqurmaya xərcləyəcəyini bildirib.
Banu