“Bank BTB” zərərlə işləyib, çıxış yolu görünmür

2024-cü ildə bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.

Apr 15, 2025 - 11:47
“Bank BTB” zərərlə işləyib, çıxış yolu görünmür

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Belə ki, 2024-ci ildə mənfəətlə işləyən 21 bankın mənfəəti 1045 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 1 mln. manat olub.

Öən il üzrə maliyyə hesabatlarına əsasən, “Bank BTB” ASC-nin xalis zərəri 839 min manat olub. 

Xatırladaq ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.