Azərbaycanda ət bahalaşdı - Yeni QİYMƏT 

Son günlər ət və ət məhsullarının qiymətində ciddi artım müşahidə olunur.

Sep 2, 2025 - 23:20
Azərbaycanda ət bahalaşdı - Yeni QİYMƏT 

SAVASHMEDİA.az-ın xəbərinə görə, bir neçə həftə öncə mal ətinin qiyməti 13-14 manat aralığında dəyişirdisə, indi qiymətlər 16 manatdan başlayır.

Ekspertlər isə bahalaşmanın davam edəcəyini, qış aylarına doğru mal ətinin qiymətinin 20 manatdan başlayacağını proqnozlaşdırırlar.  

Ətin qiymətindəki bahalaşma ölkədə xırda və iribuynuzlu heyvanların sayındakı kəskin azalma ilə izah edilir. Bu baxımdan təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, son iki il ərzində iribuynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb.

Mal-qaranın azalmasının səbəbi isə ölkədə örüş yerlərinin digər məqsədlər üçün istifadə edilməsidir.

Aytən İbrahimova