Ağ Evdən İranın "atəşkəs razılaşmasından çıxırıq" təhdidinə CAVAB - "Elə şey yoxdur..."
İran ABŞ ilə bağlanmış atəşkəs razılaşmasının Livana da şamil edilməsini tələb edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, israil qüvvələrinin atəşkəsdən sonra Livana güclü zərbələr endirməsi rəsmi Tehranı özündən çıxarıb.
İş o yerə çatıb ki, İran hətta İsrailin Livana davam edən hücumları ilə əlaqədar atəşkəs razılaşmasından çıxmaq imkanını belə nəzərdən keçirdiyini bəyan edib.
Adının açıqlanmasını istəməyən İran rəsmisinin "Tasnim" agentliyinə dedikləri: "İran atəşkəs razılaşmasından çıxmaq imkanını müzakirə edir. Bununla yanaşı silahlı qüvvələrimiz İsrailin Livana qarşı bugünkü hərəkətlərinə cavab vermək üçün hədəfləri müəyyən edir".
İrandan getdikcə daha gur eşidilən bu etirazlara cavab olaraq Ağ Ev xüsusi açıqlama yayıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Livan İranla atəşkəs haqqında razılaşmaların bir hissəsi deyil.
Xatırladaq ki, İsrailin Livan ərazisinə bugünkü zərbələri nəticəsində azı 89 nəfər ölüb, 800-dən çox insan yaralanıb.
Səlcuq