Ukrayna "Alp dağlarında seçki" xəbərinə reaksiya verdi - "Tamamilə yalandır"
Ukrayna Baş Kəşfiyyat İdarəsi Alp dağlarındakı kurortların birində guya Volodimir Zelenskinin postundan uzaqlaşdırılmasının müzakirə olunduğu barədə xəbərlərə reaksiya verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Ukrayna tərəfi yayılmış informasiyanın təkzib edib.
“Bu dezinformasiyadır və kampaniya birbaşa Kremlin göstərişi ilə başladılıb. Məqsəd Ukrayna rəhbərliyi daxilində inamsızlıq mühiti yaratmaq və və cəmiyyətin diqqətini müharibədən seçkilərə yönəltməkdir”, - məlumatda bildirilir.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ və Böyük Britaniya nümayəndələrinin prezident aparatının rəhbəri Andriy Yermak, Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujninin iştirakı ilə Alp dağlarında görüş təşkil etdiyi barədə məlumat yayıb.
Səlcuq