Putin köməkçisinin dili ilə atəşkəsə razı olmadığını elan etdi - “Bu, Ukrayna üçün möhlətdir” 

“Təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdir”.

Mar 13, 2025 - 15:16
Mar 13, 2025 - 15:30
Putin köməkçisinin dili ilə atəşkəsə razı olmadığını elan etdi - “Bu, Ukrayna üçün möhlətdir” 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O, qeyd edib ki, ölkəsi Moskvanın maraqlarını nəzərə alaraq münaqişənin uzunmüddətli həllinə çalışır.

Bundan öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ölkəsi Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra qəbul edilən təkliflər barədə Vaşinqtonun təfərrüatları açıqlamasını gözləyir.

Xatirə SADİQ