Tramp Rza Pəhləvi haqqında elə sözlər dedi ki... - "Ondan rəhbər olmaz"
ABŞ prezidenti Donald Tramp sonuncu İran şahının oğlu Rza Pəhləvi ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti İranın gələcək rəhbərindən gözləntilərini açıqlayıb və Rza Pəhləviyə üstünlük vermədiyini açıq şəkildə ifadə edib.
O əlavə edib ki, Rza Pəhləvinin İranı idarə edə biləcəyinə şübhə edir:
“Düşünürəm ki, Rza Pəhləvi yaxşı insandır. Amma onun İranı idarə edə biləcəyindən və xalqın bunu qəbul edəcəyindən əmin deyiləm. Onun tərəfdarları var, amma bütün xalq bu fikirdədirmi? Bilmirəm”.
ABŞ prezidenti xüsusilə vurğulayıb ki, İranın gələcək lideri xaricdən deyil, daxildən – xalqın iradəsi ilə müəyyənləşməlidir.
Oğuz